İsrail ordusu (İDF) Livanın cənubunda hava hücumunda Livan “Hizbullah”ının bir komandiri və daha iki döyüşçünün öldürüldüyünü bildirib.
“Cebheinfo.az” xəbər verir ki, bəyanatda “Hizbullah”ın Radvan bölməsinin komandiri Əbu Xəlil Bərcinin Məcdəl-Selm bölgəsində hava hücumunda öldürüldüyü bildirilir.
İDF əlavə edib ki, Livanın cənubunda bir neçə ərazidə “Hizbullah” infrastrukturu adlandırdığı ərazilərə əlavə zərbələr endirib.