EN

“Quba” klubundan “kimin nəyə gücü çatırsa” müraciəti

Azərbaycan futbolunun köklü bölgə təmsilçilərindən olan “Quba” klubu ciddi maliyyə böhranı ilə üz-üzə qalıb. Klub rəhbərliyi və oyunçu heyəti sabah keçirilməsi planlaşdırılan “Araz Saatlı” matçına çıxa bilməyəcəklərindən narahatdırlar.

İdman.Biz xəbər verir ki, klubun rəsmi sosial şəbəkə hesablarında yayılan müraciətdə vəziyyətin kritik olduğu bildirilib. Açıqlamada qeyd olunur ki, komanda hazırda yol xərclərini qarşılaya bilmir və futbolçuların elementar ehtiyaclarını ödəməkdə çətinlik çəkir.

Klubun səmimi müraciətində deyilir:

“Bu statusu yazmaq bizim üçün çox ağırdır. Sabah “Araz Saatlı” ilə oyuna çıxmalı idik, amma bu, ciddi sual altındadır. Səbəb hamıya bəllidir... Yol xərclərini qarşılaya bilmirik. Uşaqlar aylarla heç nə gözləmədən, sadəcə Quba futbolunun adı üçün təmənnasız oynadılar. Hamı döyüşmək istəyir, amma bəzən istəmək kifayət etmir”.

Klub rəhbərliyi Quba sakinlərini, futbolsevərləri və iş adamlarını bu çətin günlərdə komandaya dəstək olmağa çağırıb:

“Kim nə qədər bacarırsa... hətta çox kiçik bir məbləğ də bizim üçün böyük dəstəkdir. Bu komanda hamımızındır. Bu gün dəstək olmasaq, sabah gec ola bilər. İstəyirik ki, sabah oyuna çıxaq, bu komanda yaşasın”.

İdman.Biz
Chosen
85
2
idman.biz

3Sources