AZ

Kim nə qədər bacarırsa... Quba dan maliyyə böhranıyla bağlı müraciət!

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Quba” ciddi maliyyə böhranı ilə üz-üzə qalıb. Klub rəhbərliyi və oyunçu heyəti sabah keçirilməsi planlaşdırılan “Araz Saatlı” matçına çıxa bilməyəcəklərindən narahatdı."Football-plus.az" xəbər verir ki, klubun rəsmi sosial şəbəkə hesablarında yayılan müraciətdə vəziyyətin kritik olduğu bildirilib. Açıqlamada qeyd olunur ki, komanda hazırda yol xərclərini qarşılaya bilmir və futbolçuların elementar ehtiyaclarını ödəməkdə çətinlik çəkir.Klubun müraciətində deyilir:

“Bu statusu yazmaq bizim üçün çox ağırdı. Sabah “Araz Saatlı” ilə oyuna çıxmalı idik, amma bu, ciddi sual altındadır. Səbəb hamıya bəllidi... Yol xərclərini qarşılaya bilmirik. Uşaqlar aylarla heç nə gözləmədən, sadəcə Quba futbolunun adı üçün təmənnasız oynadılar. Hamı döyüşmək istəyir, amma bəzən istəmək kifayət etmir”.

Klub rəhbərliyi Quba sakinlərini, futbolsevərləri və iş adamlarını bu çətin günlərdə komandaya dəstək olmağa çağırıb:

“Kim nə qədər bacarırsa... hətta çox kiçik bir məbləğ də bizim üçün böyük dəstəkdi. Bu komanda hamımızındı. Bu gün dəstək olmasaq, sabah gec ola bilər. İstəyirik ki, sabah oyuna çıxaq, bu komanda yaşasın”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
2
icma.az

3Mənbələr