Niderland çempionatında 28-ci turun oyunları keçirilib.
"Football-plus.az" xəbər verir ki, Ozancan Kökçünün çıxış etdiyi "Volendam" səfərdə "Sparta" nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bizimki matça start heyətində başlayıb və 60-cı dəqiqədə əvəzlənib.
"Volendam" 27 xalla 14-cü pillədə qərarlaşıb.