EN

Simonyanın övladı da xəstə imiş: Müalicəsi yoxdur

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycana qarşı vaxtilə kəskin ritorikası ilə tanınan, erməni əsilli rusiyalı jurnalist, RT telekanalının baş redaktoru Marqarita Simonyan şəxsi həyatı ilə bağlı açıqlama verib.

O, ilk dəfə olaraq ailəsində yaşanan ağır faciədən danışaraq bildirib ki, həyat yoldaşı Tiqran Keosayan komaya düşdüyü dövrdə onların övladlarından birinin sağalmaz xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

Simonyanın sözlərinə görə, həmin günlərdə o da həyat yoldaşı ilə birlikdə xəstəxanaya yerləşdirilib və onun yanında qalmağı planlaşdırıb. Lakin uşağının ağır xəstəliyi ilə bağlı həqiqəti öyrəndikdən sonra xəstəxanadan ayrılmağa məcbur qalıb. O, yaşadıqlarını “sadəcə fəlakət” kimi dəyərləndirib və xəstəliyin müalicəsinin mümkün olmadığını vurğulayıb.

Xatırladaq ki, Tiqran Keosayan 2025-ci ilin 26 sentyabrında vəfat edib. Bundan qısa müddət əvvəl – sentyabrın 1-də Simonyana süd vəzi xərçəngi diaqnozu qoyulub. O, əməliyyat olunub və kimyaterapiya kursu keçib. Jurnalist bildirib ki, üçüncü kimyaterapiyadan sonra səhhəti daha da ağırlaşıb.

O, həmçinin qeyd edib ki, övladları hələ də anasının xərçəng xəstəliyindən xəbərsizdir. Simonyan uşaqların televiziya izləməsinə məhdudiyyət qoyduğunu və bu səbəbdən mediada yayılan məlumatlardan xəbər tutmadıqlarını deyib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
55
2
cebheinfo.az

10Sources