EN

“Çelsi”də Liam Rosenyor dönəmi bitə bilər: İstefa qoxusu

“Çelsi” rəhbərliyi baş məşqçi Liam Rosenyorun rəhbərliyi altında komandanın göstərdiyi nəticələrdən ciddi narahatlıq keçirir.

İdman.Biz tanınmış jurnalist Nikolo Skiraya istinadla xəbər verir ki, əgər klub növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazana bilməsə, ingiltərəli mütəxəssis istefaya göndərilə bilər.

Qeyd edək ki, Rosenyor bu il yanvarın 8-də “zadəganlar”ın sükanı arxasına keçib və 2032-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıb. Lakin komandanın son çıxışları böyük suallar doğurur. Belə ki, bütün turnirlər daxil olmaqla keçirilən son dörd matçın hamısında məğlub olan London təmsilçisi bu oyunlarda qapısından 12 top buraxıb, cəmi 2 qol vura bilib.

İngiltərə Premyer Liqasının 31 turundan sonra “Çelsi” 48 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Klubun qarşısına qoyulan əsas məqsəd isə ilk dördlükdə yer almaqdır.

İdman.Biz
Chosen
65
1
idman.biz

2Sources