EN

Kişi voleybolunda həlledici turlar

ain.az bildirir, Idman.biz portalına istinadən.

Kişi voleybolçuların Yüksək Liqa yarışlarında müntəzəm çempionat sona yaxınlaşır. Turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq komandaların müəyyənləşəcəyi son iki turun oyun cədvəli bəlli olub.

İdman.Biz xəbər verir ki, 19-cu turun qarşılaşmaları martın 26-da, mövsümün sonuncu - 20-ci turunun oyunları isə martın 30-da keçiriləcək. 20 turun yekun nəticələrinə əsasən, turnir cədvəlində ilk dörd pilləni tutan komandalar çempionluq mübarizəsini növbəti mərhələdə davam etdirmək hüququ qazanacaqlar.

Pley-off mərhələsinin reqlamentinə əsasən, 1/2 final görüşləri ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. Əgər iki qarşılaşmanın nəticəsinə görə komandaların qələbə sayı bərabər olarsa, finalçını müəyyən etmək üçün “qızıl set” oynanılacaq.

Çempionatın ən həyəcanlı məqamı olan bürünc və qızıl medal uğrunda həlledici görüşlər isə cəmi bir oyundan ibarət olacaq.

Kişilər

Müntəzəm mövsümün son turları

26 mart

19-cu tur

15:00. "Gənclər" – "Murov Az Terminal"

(Abşeron Olimpiya İdman Kompleksi)

16:00. "Azərreyl" – "Ordu"

18:00. "Xilasedici" – "Neftçi"

(Fövqəladə Hallar Nazirliyinin idman zalı)

30 mart

20-ci tur (son tur)

14:00. "Ordu" – "Gənclər"

16:00. "Neftçi" – "Azərreyl"

18:00. "Murov Az Terminal" – "Xilasedici"

(Fövqəladə Hallar Nazirliyinin idman zalı)

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
49
1
icma.az

2Sources