EN

“Barselona”da Ronaldinyo rüzgarı - FOTO

İspaniyanın “Barselona” klubunun futbolçuları bu gün keçirilən qarşılaşma önçəsi klubun əfsanəsi Ronaldinyonun ad gününü xüsusi formada qeyd ediblər.

İdman.Biz xəbər verir ki, kataloniyalı oyunçular isinmə hərəkətlərinə braziliyalı ulduzun vaxtilə geyindiyi ikonik 10 nömrəli formada çıxıblar. Bu addım həm stadiondakı azarkeşlər, həm də sosial media istifadəçiləri tərəfindən böyük nostalgiya və rəğbətlə qarşılanıb.

Xatırladaq ki, dünən dünya futbolunun ən rəngarəng simalarından biri olan Ronaldinyonun 46 yaşı tamam olub. O, “Barselona”da çıxış etdiyi illərdə (2003-2008) nümayiş etdirdiyi sehrli oyunu ilə klubun müasir tarixinin formalaşmasında və dünya şöhrəti qazanmasında misilsiz rol oynayıb.

İdman.Biz
Məqalədə:
Chosen
79
1
idman.biz

2Sources