EN

14 tonluq GBU-57-lər işə düşdü – SEPAH-ın raket anbarları yerlə-yeksan edildi

ABŞ Hərbi Hava Qüvvələri İranın cənubundakı Buşəhr əyalətinin Borazcan şəhəri yaxınlığında yerləşən strateji hərbi obyektlərə ikinci dalğa kütləvi hava zərbələri endirib.

Musavat.com xəbər verir ki, "Şir nəriltisi" (Operation Roaring Lion) əməliyyatı çərçivəsində həyata keçirilən hücumun əsas hədəfi SEPAH-ın yeraltı ballistik və gəmiəleyhinə raket arsenalları olub. Məxfi kəşfiyyat məlumatlarına görə, Pentaqon bu dəfə ən dərin və möhkəmləndirilmiş sığınacaqları belə məhv etmək qabiliyyətinə malik olan 14 tonluq GBU-57 (Massive Ordnance Penetrator) ağır "bunker-buster" bombalarından istifadə edib.

Yerli sakinlərin verdiyi məlumata görə, zərbələrdən sonra ərazidə bir neçə saat ərzində güclü təkrar partlayışlar (sekundar detonasiyalar) baş verib ki, bu da raket anbarlarının birbaşa hədəf alındığını və daxildəki döyüş sursatlarının kütləvi şəkildə məhv edildiyini təsdiqləyir. Ekspertlər qeyd edirlər ki, 60 metrə qədər beton və qayalıq qatını dəlmək gücündə olan GBU-57 bombalarının tətbiqi Vaşinqtonun Tehranın raket potensialını qəti şəkildə sıradan çıxarmaq niyyətini göstərir.

Borazcan bölgəsindəki bu bazaların vurulması həm də İranın Fars körfəzi və Hörmüz boğazındakı gəmiçiliyə təhdid yaratmaq imkanlarını minimuma endirir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatın uğurla başa çatdığını və İranın cənubundakı strateji raket zəncirinin böyük ölçüdə qırıldığını bəyan edib.

Musavat.com

Chosen
65
50
musavat.com

10Sources