EN

Uelbek İbrahimoviçlə Ronaldunun nailiyyətini təkrarladı

"Brayton"un ulduz hücumçusu Denni Uelbek İngiltərə Premyer Liqasında Kriştianu Ronaldu, Qari Makalister və Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb.

Fanat.Az xəbər verir ki, 35 yaşlı ingilis bunu 31-ci turun "Liverpul"la oyununda (2:1) iki qol vurmaqla reallaşdırıb. 

Bunlar onun cari İngiltərə Premyer Liqası mövsümündə vurduğu 11-ci və 12-ci qollar olub.

"TalkSport"-un hesablamasına görə, Uelbek İngiltərə tarixində 35 və daha yuxarı yaşlarında bir Premyer Liqa mövsümündə 10-dan çox qol vuran dördüncü oyunçu olub. İbrahimoviç (2016/17 mövsümündə 17 qol) və Ronaldu (2021/22 mövsümündə 18 qol) ilə yanaşı, Qari Makalister (1999/2000 mövsümündə 11 qol) da bu nailiyyətə imza atıb.

Chosen
35
1
fanat.az

2Sources