ain.az, Fanat saytına istinadən bildirir.
"Brayton"un ulduz hücumçusu Denni Uelbek İngiltərə Premyer Liqasında Kriştianu Ronaldu, Qari Makalister və Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb.
Fanat.Az xəbər verir ki, 35 yaşlı ingilis bunu 31-ci turun "Liverpul"la oyununda (2:1) iki qol vurmaqla reallaşdırıb.
Bunlar onun cari İngiltərə Premyer Liqası mövsümündə vurduğu 11-ci və 12-ci qollar olub.
"TalkSport"-un hesablamasına görə, Uelbek İngiltərə tarixində 35 və daha yuxarı yaşlarında bir Premyer Liqa mövsümündə 10-dan çox qol vuran dördüncü oyunçu olub. İbrahimoviç (2016/17 mövsümündə 17 qol) və Ronaldu (2021/22 mövsümündə 18 qol) ilə yanaşı, Qari Makalister (1999/2000 mövsümündə 11 qol) da bu nailiyyətə imza atıb.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.