EN

İngiltərədə meningitlə bağlı yoluxma sayı artıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

London, 22 mart, AZƏRTAC

İngiltərənin Kent qraflığında meningitlə əlaqəli yoluxma hallarının sayı artıb.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin yaydığı məlumata əsasən, təsdiqlənmiş və şübhəli halların ümumi sayı cümə günü qeydə alınan 29 nəfərdən 34-ə yüksəlib.

Xatırladaq ki, xəstəlik nəticəsində iki nəfərin həyatını itirməsindən sonra Kent Universitetinin yüzlərlə tələbəsi peyvənd olunmaq üçün üç gündür növbələrə qoşulub.

Səhiyyə rəsmiləri bildiriblər ki, çoxsaylı yoluxma halları ilə seçilən və Kenterberi şəhərindəki gecə klubunda baş vermiş superyayılma hadisəsi ilə əlaqələndirilən bu vəziyyət misli görünməmiş xarakter daşıyır. Onların sözlərinə görə, yoluxmanın pik həddi geridə qalsa da, yaxın günlərdə yeni halların artması mümkündür.

Bununla yanaşı, mütəxəssislər meningit B xəstəliyinin ailədaxili yoluxmalar şəklində epidemiya mərkəzindən kənarda da yayılma riski barədə xəbərdarlıq ediblər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
99
1
azertag.az

2Sources