EN

Sirkə Şirvan sakininin həyatına son qoydu

Şirvan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az-ın məlumatına görə, şəhər sakini, 1965-ci il təvəllüdlü Sevil Mənəfova kəskin zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin müayinələr zamanı qadının yüksək konsentrasiyalı sirkə turşusu qəbul etdiyi məlum olub. Tibbi müdaxilələrə baxmayaraq, 61 yaşlı qadın xəstəxanada vəfat edib.

Chosen
62
2
publika.az

3Sources