Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Şirvan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Teleqraf-ın məlumatına görə, şəhər sakini, 1965-ci il təvəllüdlü Sevil Mənəfova kəskin zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin müayinələr zamanı qadının yüksək konsentrasiyalı sirkə turşusu qəbul etdiyi məlum olub. Tibbi müdaxilələrə baxmayaraq, 61 yaşlı qadın xəstəxanada vəfat edib.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.