EN

Tehran hansı gəmilərin Hörmüz boğazından keçə biləcəyini AÇIQLADI

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə birgə işləməyə hazır olduğunu bildirib.

Redaktor.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının təşkilatdakı nümayəndəsi Əli Musavi açıqlama verib.

Onun sözlərinə görə, Hörmüz boğazı "İranın düşmənləri" ilə əlaqəli olanlar istisna olmaqla, bütün gəmilər üçün açıqdır. Ə.Musavi vurğulayıb ki, boğazdan keçid yalnız Tehranla təhlükəsizlik tədbirlərinin koordinasiyası şərti ilə mümkündür.

O əlavə edib ki, İsrail və ABŞ tərəfindən həyata keçirilən hücumlar Hörmüz boğazındakı mövcud vəziyyətin əsas səbəbidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
107
2
redaktor.az

6Sources