EN

Türkiyədə yanaraq kül olan lüks yaxtalar Anar Əlizadənindir?

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda, Yalıkavak marinasında lövbər salan yaxtalardan birində güclü yanğın baş verib.

 

“Qafqazinfo”nun məlumatına görə, gecə saatlarında meydana gələn yanğın sürətlə yayılıb.

 

Nəticədə dəyəri milyonlarla dollar məbləğində olan 8 yaxta yanaraq kül olub.

 

“Teleqraf” bildirir ki, yanan yaxtalar “Socar Trading”in təsisçisi və keçmiş prezidenti,  Rövnəq Abdullayevin dayısı oğlu Anar Əlizadəyə məxsus olub.

 

Senzor.az bildirir ki, Yalıkavak Marinası şirkətinin baş direktoru Umut Özkan bu məlumatı təsdiqləməyib. O, Azərbaycanın rusdilli populyar Haqqin.az saytına verdiyi müsahibədə yanmış yaxtaların azərbaycanlı iş adamına məxsus olduğunu təkzib edib. Özkan yaxta sahiblərinin adını çəkməkdən imtina edərək, onların Türkiyə vətəndaşı olduqlarını bildirib.

Chosen
85
13
senzor.az

10Sources