AZ

Kül olan lüks yaxtalar Anar Əlizadəyə məxsus imiş - YENİLƏNİB

Kül olan lüks yaxtalar Anar Əlizadəyə məxsus imiş - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda limandakı yaxtaların birində güclü yanğın baş verib.

AFN.az Teleqrafa istinadən xəbər verir ki, yanan yaxtalar “Socar Trading”in təsisçisi və keçmiş prezidenti Anar Əlizadəyə məxsus olub.

Qeyd edək ki, Anar Əlizadə həm də Rövnəq Abdullayevin dayısı oğludur.

***

Məlumata görə, yanğın nəticəsində motorlu yaxtalardan yeddisi yanaraq batıb, birinə isə ciddi ziyan dəyib.

***

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda limandakı yaxtaların birində güclü yanğın baş verib.

AFN.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb. Bildirilir ki, gecə saatlarında hələlik müəyyən edilməmiş səbəbdən başlayan yanğın külək səbəbindən sürətlə yayılıb və yaxınlıqdakı digər 4 motorlu yaxtaya keçib. Nəticədə dəyəri milyonlarla dollar məbləğində olan 5 yaxta yanaraq kül olub.

Əraziyə çoxsaylı yanğınsöndürmə, polis və tibb qrupları göndərilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Seçilən
91
afn.az

1Mənbələr