EN

Kiyev və Vaşinqton arasında konstruktiv danışıqlar: "Ən əsası Rusiyanı… "

ABŞ və Ukrayna nümayəndələri Floridada Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində yaranan müharibəyə son qoymaq məqsədilə  daha bir konstruktiv görüş keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Ukraynadakı səfiri Stiv Uitkof bildirib. O qeyd edib: “Floridada Amerika və Ukrayna nümayəndə heyətləri davam edən vasitəçilik səylərinin bir hissəsi olaraq konstruktiv görüşlər keçiriblər. Müzakirələr hərtərəfli sülh razılaşmasına yaxınlaşmaq üçün həll olunmamış məsələlərin azaldılması və həllinə yönəlib”.

O, əlavə edib ki, digər Amerika nümayəndəsi,  Donald Trampın kürəkəni Cared Kuşnerin də görüşlərdə iştirak edib :

“Qlobal sabitlik üçün əhəmiyyətini qəbul edərək, həll olunmamış məsələlərin həlli üçün davamlı səyləri alqışlayırıq".

Ukrayna Prezidenti  Vladimir Zelenski  də davam edən görüşlərə toxunub: "Nümayəndə heyətləri müzakirələrini davam etdirəcəklər. Ən əsası Rusiya tərəfinin müharibəyə həqiqi son qoymaq üçün nə dərəcədə irəliləməyə hazır olduğunu anlamaqdır".

Aydın Baxış

Chosen
74
bakivaxti.az

1Sources