EN

Məhbuslar oyun oynadıqları üçün pul qazanacaqlar

İsveçin paytaxtı Stokholm ətrafındakı ciddi rejimli həbsxanada məhbuslara kompüter oyunları oynadıqlarına görə ödəniş verilməyə başlanıb.

“İki sahil” xəbər verir ki, həbsxanaların birində 2025-ci ilin dekabrından etibarən məhbuslar müəyyən ödəniş müqabilində FIFA futbol simulyatorunu oynaya bilirlər.

Həbsxana rəhbərliyi bildirir ki, bu təşəbbüs məhbusların sosiallaşma və impulslarını idarəetmə bacarıqlarını inkişaf etdirməyə xidmət edir.

İsveçin penitensiar sistemində məhbusların hər hansı əmək və ya inkişaf fəaliyyəti ilə məşğul olması məcburidir. Adətən bu, emalatxana, mətbəx və ya təmizlik işi olur, lakin təhsil və inkişaf proqramları da nəzərdə tutulur. Gündəlik ödəniş isə adətən 50-120 kron arasındadır.

İndi kompüter oyunları da bu fəaliyyət növlərindən biri hesab olunur və oyun konsolu qarşısında keçirilən vaxt adi əmək kimi ödəniş hüququ verir.

Həbsxana rəhbərliyi qeyd edir ki, bu fəaliyyət əyləncə deyil, əməkdaşlıq və ünsiyyət bacarıqlarını inkişaf etdirən vasitədir.

Chosen
68
ikisahil.az

1Sources