EN

İran savaşı hər şeyi alt-üst etdi – peyin qiymətləri partladı

Yaxın Şərqdə artan hərbi gərginlik Hindistanda gözlənilməz enerji böhranına yol açıb. Musavat.com xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatları fonunda regionda yanacaq tədarükü ciddi şəkildə pozulub.

Xüsusilə Hörmüz boğazı ətrafında yaranan blokada riski neft daşımalarına təsir göstərərək qiymətlərin sürətlə artmasına səbəb olub. Bu vəziyyət Hindistanda yanacaq qıtlığını daha da kəskinləşdirib.

Yerli KİV-lərin məlumatına görə, bir çox bölgələrdə insanlar alternativ və daha ucuz enerji mənbələrinə üz tutublar. Ən çox diqqət çəkən məqam isə inək peyininin yenidən əsas yanacaq vasitələrindən birinə çevrilməsidir.

Artan tələbat nəticəsində peyinin qiymətləri qısa müddətdə kəskin bahalaşıb, bəzi ərazilərdə isə hətta qıtlıq yaranıb.

Musavat.com

Chosen
104
50
musavat.com

10Sources