EN

53 milyardlıq itki: İran savaşı aviaşirkətləri çökdürdü

Yaxın Şərqdə davam edən hərbi gərginlik qlobal aviasiya sektorunu dərin böhranla üz-üzə qoyub.

Musavat.com xəbər verir ki, İran ətrafında baş verən müharibə fonunda dünyanın aparıcı aviaşirkətlərinin bazar dəyəri ümumilikdə 53 milyard dollar azalıb.

“Financial Times”ın məlumatına görə, bu, pandemiyadan sonra sektor üçün ən ağır zərbələrdən biri hesab olunur. Artıq üç həftədir davam edən qarşıdurma hava məkanlarının bağlanmasına, uçuşların ləğvinə və sərnişin tələbatının azalmasına səbəb olub.

Əsas problem isə yanacaq qiymətlərinin kəskin artımıdır. Aviasiya yanacağının qiyməti demək olar ki, iki dəfə yüksəlib və bu da şirkətlərin xərclərinə ciddi təsir göstərib. Mütəxəssislər bildirir ki, yanacaq aviaşirkətlərin ümumi xərclərinin təxminən üçdəbirini təşkil etdiyindən, qiymət artımı birbaşa biletlərə təsir edəcək.

Hazırda bir çox aviaşirkət biletlərin qiymətini artırmağa və bəzi istiqamətlər üzrə reysləri azaltmağa hazırlaşır. Xüsusilə Asiya və Yaxın Şərq marşrutları ən riskli zonalar hesab olunur.

Bununla yanaşı, investorların sektordan çıxışı da sürətlənib. Wizz Air və easyJet kimi şirkətlərin səhmləri ciddi ucuzlaşıb.

Hətta Emirates və Qatar Airways kimi iri aviaşirkətlər belə mövcud vəziyyətə görə uçuş cədvəllərini ixtisar edir.

Musavat.com

Chosen
100
50
musavat.com

10Sources