EN

Azərbaycana qardaş ölkəni ABŞ özünə təhlükə elan etdi

Pakistan ilk dəfə olaraq Rusiya, Çin, İran və Şimali ilə yanaşı ABŞ-a nüvə təhdidli olan ölkələr siyahısına daxil edilib.

Musavat.com “Vzqlyad” nəşrinə istinadən xəbər verir ki, kəşfiyyatın hazırladığı sənədə görə, Pakistan raket texnologiyalarını sürətlə inkişaf etdirdiyinə və potensial olaraq qısa müddətdə ABŞ ərazisinə çata biləcək imkanlara malik olması səbəbindən Vaşinqtonda ciddi narahatlıq yaradıb.

Bu səbəbdən İslamabad ilk dəfə olaraq belə bir hesabatda ciddi strateji təhlükə kimi qeyd olunub.


США

Hesabatda həmçinin vurğulanır ki, ABŞ yalnız dövlətlərdən gələn təhdidlərlə deyil, həm də qlobal və transmilli risklərlə üz-üzədir. Bu risklərə miqrasiya və kibercinayətkarlıq daxildir.

Bildirilir ki, bu çağırışların mürəkkəbliyi və miqyası milli təhlükəsizlik və müdafiə sahəsində daha güclü tədbirlərin görülməsini tələb edir.

ABŞ-nin bu addımın siyasi və geosiyasi mesajı kifayət qədər ciddidir. Azərbaycan üçün Pakistan yalnız diplomatik tərəfdaş deyil, həm də açıq şəkildə dəstək verən strateji müttəfiqlərdən biridir. Bu baxımdan, İslamabadın Vaşinqton tərəfindən “riskli ölkələr” sırasına daxil edilməsi Bakının balans siyasətini daha həssas edir.Qeyd edək ki, Azərbaycan–Pakistan hərbi tərəfdaşlığı Türkiyə ilə birlikdə üçtərəfli formatda da inkişaf edir. Bu əməkdaşlıq regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bir tərəfdən Azərbaycan Qərblə, xüsusilə ABŞ-la münasibətləri qorumağa çalışır, digər tərəfdən isə Pakistan kimi müttəfiqlərlə siyasi və hərbi əməkdaşlığı davam etdirir. Belə bir şəraitdə rəsmi Bakı üçün əsas məsələ tərəflər arasında seçim etmək deyil, əksinə, çoxvektorlu xarici siyasəti daha incə şəkildə idarə etməkdir.

Digər mühüm məqam isə ondan ibarətdir ki, ABŞ-ın bu addımı qlobal təhlükəsizlik gündəliyində yeni prioritetlərin formalaşdığını göstərir. Bu isə region ölkələri, o cümlədən Azərbaycan üçün yeni risklər və eyni zamanda yeni manevr imkanları yaradır.

Nəticə etibarilə, Pakistanın “qara siyahı”ya düşməsi Azərbaycan üçün daha çox diplomatik tarazlıq sınağıdır: Bakı həm müttəfiqlik əlaqələrini qorumağa, həm də Qərblə münasibətlərdə əlavə gərginlikdən yayınmağa çalışmalı olacaq.

Musavat.com

Chosen
77
50
musavat.com

10Sources