Azpost portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türk Dövlətləri Təşkilatı liderlərinin Zirvə Görüşü mayın ortalarında Türküstanda keçiriləcək.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türküstan vilayətinin ictimaiyyəti qarşısında çıxış edərkən bildirib.
“Dünyadakı mövcud qeyri-sabit vəziyyət şəraitində bu beynəlxalq tədbir xüsusi əhəmiyyət kəsb edir. Hökumət və akimat bu sammitin keyfiyyətli təşkilinə birinci dərəcəli diqqət yetirməlidir”, – deyə dövlət başçısı vurğulayıb.
AzPost.az
Paylaş
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.