EN

Paşinyan onu Gürcüstana buraxmadı

Ermənistanda növbəti qərar cəmiyyətdə maraq doğurub.

Musavat.com bildirir ki, Ermənistanın baş katolikosu II Qareginin Gürcüstana səfərinə icazə verilməyib.

Məlumata görə, Gürcü Pravoslav Kilsəsi tərəfindən Gürcüstanın Patriarxı II İliyanın dəfn mərasimində iştirak etmək üçün II Qareginə rəsmi dəvət göndərilib.

Dəfn mərasimi martın 22-də keçiriləcək.

Bu məqsədlə katolikosun qısa müddətə ölkədən çıxmasına icazə verilməsi üçün vəkil Ara Zohrabyan tərəfindən müvafiq müraciət təqdim olunub. Lakin istintaq orqanı bu vəsatəti təmin etməyib.

Qərarın səbəbləri rəsmi şəkildə açıqlanmayıb.

Musavat.com

 

Chosen
71
1
musavat.com

7Sources