EN

"Qəbələ" hesabı bərabərləşdirdi - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulacaq. 

QOL.az xəbər verir ki, turun son oyununda “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gəlir.

Tovuz şəhər stadionu hazır olmadığına, komandanın son zamanlar ev oyunlarını keçirdiyi “Azərsun Arena” isə təmirə bağlandığına görə “Turan Tovuz” rəqibini Sumqayıtda qəbul edir. 

Hazırda Kurban Berdıyevin komandası 45 xalla 3-cü, “Qəbələ” ilə 16 xalla 11-ci pillədə qərarlaşıb. 

Cari mövsümün ilk iki dövrəsində “Turan Tovuz” rəqibini məğlub edib – 1:0 və 3:0. 

Qeyd edək ki, bu qarşılaşmadan sonra milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında aprelin 5-ə qədər fasilə yaranacaq. 

21 mart (şənbə)

16:00. “Turan Tovuz” – “Qəbələ” - 1:1 (Birinci hissə)

Qol: Hayderson Hurtado, 3 (1:0), Eşqin Əhmədov, 27 (1:1)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18 mart (çərşənbə)

“Şamaxı” - “Araz-Naxçıvan” - 0:1

19 mart (cümə axşamı)

“Sabah” - “Sumqayıt” - 3:1

“Karvan-Yevlax” - “Zirə” - 0:1 

20 mart (cümə)

“Kəpəz” - “Qarabağ” - 1:0 

“Neftçi” - “İmişli" - 6:0

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 15 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Velko Şimiç (“Sabah”) - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Dioqo Almeyda ("İmişli") - 7 qol

Chosen
43
7
teleqraf.com

10Sources