Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulacaq.
"Unikal" xəbər verir ki, turun son oyununda “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gələcək.
“Turan Tovuz” son zamanlar ev oyunlarını keçirdiyi “Azərsun Arena” təmirə bağlandığı üçün rəqibini Sumqayıtda qəbul edəcək.
Hazırda Kurban Berdıyevin komandası 45 xalla 3-cü, “Qəbələ” isə 16 xalla 11-ci pillədə qərarlaşıb.
21 mart saat 16:00
“Turan Tovuz” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.