EN

Tarixin ən yaxşı qapıçısı zədələnib, amma "Real"ın heyətində başqa bir möhtəşəm qapıçı da var

Alvaro Arbeloa "Real"ın qapıçısı Tibo Kurtuanın zədəsi barədə danışıb.

Sportal.az xəbər verir ki, belçikalı qolkiper bud nahiyəsindən zədə alaraq təxminən 1,5 ay sıradan çıxıb və "Mançester Siti" ilə Çempionlar Liqası oyununda ilk hissədən sonra əvəzlənib.

“Futbolçular hər dəfə meydana çıxanda risk olur. İnsanlar bunu başa düşmür, amma çox az oyunçu ağrısız oynayır.

Fasilədə Tibo oyunu davam etdirmək istəyirdi, amma mən onu əvəzləmək qərarı verdim. Andrey Lunin əla qapıçı olduğunu göstərdi və yenə göstərəcək.

Tarixin ən yaxşı qapıçısı zədələndi, amma bizim heyətdə başqa bir möhtəşəm qapıçı da var,” – deyə Arbeloa bildirib.

saytlarin hazirlanmasi

Chosen
33
2
sportal.az

3Sources