Türk Dövlətləri Təşkilatı liderlərinin Zirvə görüşü mayın ortalarında Türküstanda keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türküstan vilayətinin ictimaiyyəti qarşısında çıxış edərkən bildirib.
“Dünyadakı mövcud qeyri-sabit vəziyyət şəraitində bu beynəlxalq tədbir xüsusi əhəmiyyət kəsb edir. Hökumət bu sammitin keyfiyyətli təşkilinə birinci dərəcəli diqqət yetirməlidir”, - deyə dövlət başçısı vurğulayıb.