EN

İsrail İran kəşfiyyatının axtarılan məmurunu öldürüb

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsrail ordusu İran kəşfiyyat nazirliyinin yüksək vəzifəli məmuru Mehdi Rostami Şamestaninin də Tehrana hava hücumunda öldürüldüyünü açıqlayıb.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat İsrail Hərbi Hava Qüvvələri tərəfindən “Mossad” və “Şin Bet”  kəşfiyyat xidmətləri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib.

İsrail ordusu Mehdi Rostami Şamestanini kəşfiyyat nazirliyində "İsraildə və xaricdə İsrail vətəndaşlarına və yəhudilərinə qarşı əməliyyatların aparılmasında əsas rol oynayan fiqur" adlandırıb.

Bun görə də İsrail tərəfi çoxdan idi ki, Mehdi Rostami Şamestanini axtarırdı.

İran hakimiyyəti hələlik məlumatı təsdiqləməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
123
1
modern.az

2Sources