EN

Məşhur türk müğənnidən şok vida MESAJI: “Mənə bir şey olsa...” - FOTO

"Hepsi" qrupunun keçmiş üzvü, müğənni Gülçin Ergül sosial media hesabında ard-arda etdiyi paylaşımlarla pərəstişkarlarını narahat edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, sənətçi qapısına gələn kimliyi naməlum bir şəxsin təcavüzkar davranışına məruz qaldığını və həyatının təhlükədə olduğunu bildirib.

Müğənni özünə məxsus "Gülçün Kulisi" adlı mesajlaşma kanalında paylaşdığı açıqlamalarda uzun müddətdir təhlükəsizliyini təhdid edən hadisələr yaşadığını vurğulayıb:

"Təhlükəsizliyimi sarsıdan çox şey yaşadım. Travmatik hadisələr... Bunları burada paylaşmamışdım. Bilin ki, mən alkoqol və siqaret istifadə etməyən biriyəm. Səsimi qorumaq üçün buna diqqət edirəm".

Ergül qorunmaq üçün həyatında köklü dəyişikliklər edəcəyini və psixoloji dəstək aldığını bildirib:

"Bu gün qorunmağa və dəstəyə ehtiyacım var. Özümü qorumaq üçün həyatımı tamamilə dəyişməliyəm".

Onun paylaşımında mümkün pis ssenariyə qarşı yazdığı mesaj xüsusilə diqqət çəkib:

"Əgər pişiklərimə, ya da mənə bir şey olsa, gözümü arxada qoymayın".

Sosial media istifadəçiləri hüquq-mühafizə orqanlarına çağırış edərək sənətçinin təcili şəkildə qoruma altına alınmasının vacibliyini vurğulayıblar. /Musavat.com

Chosen
32
3
bakivaxti.az

10Sources