EN

Bu gün Beynəlxalq Novruz günüdür

Bu gün Beynəlxalq Novruz günü kimi qeyd olunur.

 

Senzor.az xatırladır ki, BMT Baş Assambleyasının 2010-cu ildə keçirilən 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.

 

Bundan əvvəl, 2009-cu ildə isə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

 

"Yeni gün" mənası verən Novruz dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.

 

Bu bayram 3 min ildir ki, Qafqazda, Balkan, Qara dəniz hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.

Chosen
82
27
senzor.az

10Sources