Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran Hərbi Qüvvələrinə aid olan texnikaları məhv edib.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə görüntüləri CENTCOM "X" hesabında paylaşıb.
"İranın imkanları azalır...", - deyə ABŞ Mərkəzi Komandanlığının komandiri admiral Bred Kuper bildirib.
https://t.me/oxuaze/177193
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti olaraq bağlanıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.