Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin 9-cu mikrorayon ərazisində yerləşən 11/17 saylı binanın həyətində qeydə alınıb.
Bildirilib ki, yanğın alovun bayram tonqalından ağaca keçməsi nəticəsində baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadası cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
