AZ

Bayram tonqalı yanğına səbəb oldu - Foto 

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib...

Poliqon xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin 9-cu mikrorayon ərazisində yerləşən 11/17 saylı binanın həyətində qeydə alınıb.

Bildirilib ki, yanğın alovun bayram tonqalından ağaca keçməsi nəticəsində baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadası cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Poliqon.info

Seçilən
31
4
poliqon.info

5Mənbələr