EN

Bayram tonqalı yanğına səbəb oldu - FOTO

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin 9-cu mikrorayon ərazisində yerləşən 11/17 saylı binanın həyətində qeydə alınıb.

Bildirilib ki, yanğın alovun bayram tonqalından ağaca keçməsi nəticəsində baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadası cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Cebheinfo.az"

Chosen
20
4
cebheinfo.az

5Sources