EN

“Bağajda nüvə bombası” zarafatı sərnişinə baha başa gəldi

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Polşada hava limanında bağajında nüvə bombası olduğunu zarafatla deyən sərnişin saxlanılıb və reysdən kənarlaşdırılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə yerli "TVN24" telekanalı məlumat yayıb.

Hadisə Krakov II İoann Pavel adına hava limanında qeydiyyat zamanı baş verib.

Polşanın Karpat bölməsi Sərhəd Xidmətinin məlumatına görə, Valensiyaya uçmaq istəyən sərnişin zarafatla bildirib ki, onun bağajında nüvə bombası var.

Hava limanının əməkdaşları bu zarafatı ciddi qəbul ediblər. Sərnişinin baqajı ətraflı yoxlanılıb, lakin içərisində təhlükəli heç nə aşkar edilməyib. Buna baxmayaraq, kişi reysə buraxılmayıb, saxlanılıb və daha sonra cərimələnib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
73
bizimyol.info

1Sources