EN

ABŞ İspaniyadakı hərbi bazaların bağlanmasını müzakirə edir

BAKI, 21 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trump respublikaçı senator Lindsey Graham-ın İspaniyadakı Amerika hərbi bazalarının bağlanması ilə bağlı təklifini dəstəkləyib.

Teleqraf xəbər verir ki, Cənubi Karolina ştatını təmsil edən senatorun bu təşəbbüsünə münasibət bildirən Donald Tramp onun çağırışını düzgün hesab etdiyini deyib.

ABŞ lideri qeyd edib ki, NATO üzv ölkələri xüsusilə Hörmüz boğazı ilə bağlı daha aktiv rol oynamalıdır. Onun sözlərinə görə, alyans ölkələri enerji resurslarının əhəmiyyətli hissəsini məhz bu marşrut vasitəsilə əldə edir.

Donald Tramp həmçinin vurğulayıb ki, Lindsi Qrem əvvəllər NATO-nun böyük tərəfdarı olsa da, hazırda fərqli mövqe nümayiş etdirir.

Chosen
79
teleqraf.com

1Sources