EN

ABŞ ın İrana qarşı hərbi əməliyyatı: Vaşinqton müddəti açıqladı

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Ağ Ev ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın Vaşinqtonun qiymətləndirmələrinə görə 4–6 həftə davam edə biləcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Livitt martın 20-də açıqlama verib.

“Prezident və Pentaqon qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün təxminən 4–6 həftə tələb olunacağını hesablayırdı. Sabah üçüncü həftənin tamamlanmasını qeyd edəcək”, – deyə Livitt bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın əməliyyatın tezliklə başa çatması ehtimalı ilə bağlı paylaşımı bunun yaxın günlərdə baş verəcəyi anlamına gəlmir. MVerilən məlumata görə, Trampın bəzi müşavirləri hələ də İran ərazisində quru əməliyyatının mümkünlüyünü nəzərdən keçirirlər.

Daha əvvəl, martın 20-də Tramp "Truth Social" platformasında paylaşım edərək ABŞ-ın Yaxın Şərqdə, xüsusilə İrana qarşı hərbi fəaliyyətini azaltmaq ehtimalını nəzərdən keçirdiyini bildirib. Bununla yanaşı, o, ABŞ Silahlı Qüvvələrinin qarşıya qoyulan məqsədlərə yaxınlaşdığını vurğulayıb.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr İranın ən böyük şəhərlərini, o cümlədən paytaxt Tehranın özünü hədəf alıb. Ağ Ev hücumları İran tərəfindən gəldiyi iddia olunan raket və nüvə təhdidləri ilə əsaslandırıb. Eyni zamanda ABŞ rəhbərliyi açıq şəkildə İran əhalisini öz hökumətinə qarşı çıxmağa və hakimiyyəti ələ keçirməyə çağırıb.

İran isə buna cavab olaraq İsrailə, eləcə də ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərinə qarşı əməliyyatlara başlayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
102
bizimyol.info

1Sources