EN

Nyu-Yorkda azərbaycanlılar üçün səyyar konsulluq xidməti təşkil olunub

ABŞ-nin Nyu-York şəhərində Azərbaycan vətəndaşları üçün növbəti dəfə səyyar konsulluq xidməti təşkil olunub.

"Report"un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təşkil olunan qəbul çərçivəsində konsul Ramel Lətifov tərəfindən Nyu-York və ətraf ərazilərdə yaşayan 38 həmvətənimizə xidmət göstərilib.

Müraciətlər pasportların yenilənməsi, notarial xidmətlər, konsulluq qeydiyyatı, doğum haqqında şəhadətnamələrin verilməsi və vətəndaşlıq mənsubiyyəti ilə bağlı sorğular kimi xidmətləri əhatə edib.

Chosen
103
far.az

1Sources