EN

İtaliyalı müdafiəçiyə iki illik müqavilə təklif etməyə hazırdır

“Napoli”nin müdafiəçisi Leonardo Spinazzola karyerasını İtaliyanın başqa klubunda davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” italiyalı futbolçuyla müqavilə imzalamaqda maraqlıdır.

Turin klubu müdafiəçiyə iki illik müqavilə təklif etməyə hazırdır.

Spinazzola 2024-cü ilin yayından bəri “Napoli”də çıxış edir. Tərəflər arasında mövcud müqavilənin müddəti 2026-cı ilin iyun ayının sonuna qədərdir.

Chosen
101
sportinfo.az

1Sources