EN

“Mançestr Yunayted” “Bornumut” səfərindən bir xalla dönüb

Bakı, 21 mart, AZƏRTAC

İngiltərə Premyer Liqasında 31-ci turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, dörd oyundur qələbə qazanan “Mançestr Yunayted” “Bornumut” səfərində büdrəyib. Matçın ilk hissəsi qolsuz başa çatsa da ikinci hissə daha məhsuldar olub. İkinci 45 dəqiqədə 4 qol vurulsa da qalibi müəyyən etmək olmayıb – 2:2. Qeyd edək ki, “qırmızı şeytanlar” oyunun 80-ci dəqiqəsində Harri Maquayrın qırmızı vərəqə alması ilə bir nəfər azlıqda qalıb. Bu matçdan sonra “Mançestr Yunayted” 55 xalla üçüncüdür. “Bornumut” isə turnir cədvəlini yarı bölür.

Chosen
106
3
azertag.az

10Sources