EN

Xamenei İran xalqına birlik çağırışı etdi

Xamenei İran xalqına birlik çağırışı etdi

İran lideri Müctəba Xamenei Ramazan və Novruz bayramları münasibətilə yayımladığı ismarıcında ölkəsinə birlik və bərabərlik çağırışı edib.

AFN.az xəbər verir ki, Xamenei mesajında ictimai həmrəyliyə diqqət çəkərək, yeni ili "Milli Birlik və Milli Təhlükəsizlik Kölgəsində Müqavimət İqtisadiyyatı İli" elan edib.

O bildirib ki, xalqın dolanışığının təmin edilməsi və həyat şəraitinin yaxşılaşdırılması düşmənin başlatdığı iqtisadi müharibəyə qarşı mühüm tərəqqi kimi qiymətləndirilməlidir. Xamenei cəmiyyətin bütün təbəqələrini dinlədiyini və problemlərin həlli üçün xüsusi proqramın hazırlanacağını vurğulayıb. Lider ölkə mətbuatını "düşmənin" psixoloji hücumlarına qarşı diqqətli olmağa çağırıb.

Xamenei İranın İsrail ilə yaşanan 12 günlük qarşıdurma prosesini ilk müharibə, son etirazları ikinci, hazırkı vəziyyəti isə üçüncü müharibə adlandıraraq bunları qeyd edib: "Düşmən liderləri və komandirləri öldürərək xalqın qorxu ilə küçələrdən çəkiləcəyini düşündü, lakin siz onlara sarsıdıcı zərbə vurdunuz".

İranın qonşu ölkələrlə münasibətlərinə də toxunan Xamenei Türkiyə və Omana edilən raket hücumlarının ölkəsi tərəfindən həyata keçirilmədiyini müdafiə edib. Əfqanıstan və Pakistan arasındakı gərginliyə münasibət bildirən lider, bu iki qonşu ölkənin yaxşı münasibətlər qurmasını xahiş edərək, bu istiqamətdə vasitəçilik missiyasına hazır olduğunu bildirib.

Chosen
97
afn.az

1Sources