EN

Faiq Hüseynov vəfat edib

Azərbaycanın intellektual oyunlar sahəsində müstəsna xidmətləri olan tanınmış ictimai xadim, "Xəmsə" Milli İntellektual Oyununun müəllifi və yaradıcısı Faiq Hüseynov ömrünün 54-cü ilində vəfat edib.

Faiq Hüseynovun adı Azərbaycanda intellektual oyunların kütləviləşməsi ilə birbaşa bağlıdır. Onun dahi Nizami Gəncəvinin irsinə istinadən yaratdığı "Xəmsə" oyunu, ölkəmizdə tamamilə milli konsepsiya əsasında qurulan ilk və ən populyar intellektual layihə idi. Bu oyun vasitəsilə o, on minlərlə gəncin elmə, mütaliəyə və intellektual yarışlara marağını artırmağa nail olmuşdu.

Chosen
118
8
milli.az

9Sources