EN

Trampdan NATO-ya şok sözlər: “Qorxaqlar!”

Qərb ittifaqında gərginlik yeni mərhələyə qədəm qoyur.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp NATO ölkələrini sərt tənqid edərək onları açıq şəkildə “qorxaqlar” adlandırıb.

Tramp bildirib ki, alyans üzvləri İranın nüvə təhlükəsinin qarşısını almaq üçün aparılan mübarizəyə qoşulmaqdan imtina ediblər. Onun sözlərinə görə, hərbi mərhələ başa çatdıqdan və risklər minimuma endikdən sonra isə həmin ölkələr yalnız neft qiymətlərinin artmasından şikayət etməyə başlayıblar.

ABŞ prezidenti xüsusilə Hörmüz boğazı məsələsinə diqqət çəkərək qeyd edib ki, bu strateji keçidin açılması üçün NATO ölkələri real addım atmır. Tramp vurğulayıb ki, bu əməliyyat həm texniki baxımdan sadədir, həm də demək olar ki, risksizdir.

“Onlar mübarizəyə qoşulmaq istəmədilər. İndi isə qiymətlərdən şikayət edirlər. Hörmüz boğazını açmaq üçün kömək etmək istəmirlər. Bu çox asandır və demək olar ki, risksizdir. Onlar qorxaqlardır və biz bunu yadda saxlayacağıq”, – deyə Tramp bildirib.

Musavat.com

Chosen
132
50
musavat.com

10Sources