EN

Azərbaycanda nikah öncəsi yoxlanan onlarla cütlükdə xəstəlik aşkarlanıb

Azərbaycanda 2025-2026-cı illər üzrə nikah öncəsi müayinələr və prenatal diaqnostika göstəriciləri məlum olub.

Modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib ki, 2025-ci il ərzində nikah öncəsi müayinələrdən ümumilikdə 100 761 nəfər keçib. Nəticələrə əsasən, 3 635 halda cütlüklərin yalnız birində, 35 halda isə hər iki tərəfdə genetik daşıyıcılıq aşkarlanıb.

Eyni dövrdə aparılan prenatal diaqnostika çərçivəsində 68 müayinə həyata keçirilib. Bu müayinələr nəticəsində 21 xəstə, 32 daşıyıcı və 15 sağlam hal qeydə alınıb.

2026-cı ilin ilk iki ayının nəticələrinə gəlincə, yanvar ayında 6 596 nəfər müayinədən keçib və 268 daşıyıcı müəyyən edilib. Fevral ayında isə 7 712 müayinə aparılıb, 272 daşıyıcı aşkarlanıb və 2 cütlükdə hər iki tərəfin daşıyıcı olduğu müəyyən olunub.

Mərkəzdən qeyd edilib ki, nikah öncəsi müayinələr genetik xəstəliklərin qarşısının alınması və sağlam ailələrin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Chosen
9
8
hit.az

9Sources