Azərbaycanda 2025-2026-cı illər üzrə nikah öncəsi müayinələr və prenatal diaqnostika göstəriciləri məlum olub.
Publika.az xəbər verir ki, bu barədə Modern.az-a Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.
Belə ki, 2025-ci il ərzində nikah öncəsi müayinələrdən ümumilikdə 100 761 nəfər keçib. Nəticələrə əsasən, 3 635 halda cütlüklərin yalnız birində, 35 halda isə hər iki tərəfdə genetik daşıyıcılıq aşkarlanıb.
Eyni dövrdə aparılan prenatal diaqnostika çərçivəsində 68 müayinə həyata keçirilib. Bu müayinələr nəticəsində 21 xəstə, 32 daşıyıcı və 15 sağlam hal qeydə alınıb.