Türkiyə diplomatik yollarla bölgədəki münaqişələrə çıxış yolu axtarır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizedə dövlət xəstəxanasının açılışında deyib.
"Bununla yanaşı, Türkiyəni hazırda yaşanan regional savaşlardan uzaq tutmağa çalışırıq",- Ərdoğan bildirib.
Qeyd edək ki, Ərdoğanın açılışında iştirak etdiyi xəstəxana 36 min kvadratmetr ərazidə inşa edilib və iki korpusdan ibarətdir. İstifadəyə verilən xəstəxana 100 çarpayı tutumuna malikdir.
"Cebheinfo.az"