EN

Yaşı kiçik, əməli böyükƏsgər

3-cü sinif şagirdindən nümunəvi tədbir

Naxçıvan şəhər 14 nömrəli məktəbin 3-cü sinif şagirdi Abdullazadə Əsgər Novruz bayramı münasibətilə çox mənalı və yaddaqalan bir tədbir hazırlayıb. “İki sahil”in məlumatına görə, bu tədbir sadəcə bayram əhval-ruhiyyəsi yaratmaqla kifayətlənməyib, eyni zamanda uşaqlara paylaşmağın, birlik və həmrəyliyin nə qədər dəyərli olduğunu aşılayan gözəl bir nümunəyə çevrilib.

Belə ki, hazırladığı tədbirdə öz şəxsi nümunəsi ilə hər kəsə örnək olan Əsgər, istifadə etmədiyi kitablarını, qələmlərini və geyimlərini digər dostları ilə bölüşməyi üstün tutaraq göstərdi ki, əsl xoşbəxtlik sahib olduqlarını başqaları ilə paylaşmaqdan keçir. Onun bu addımı digər uşaqlarda da böyük maraq və həvəs yaradıb, onları da paylaşmağa təşviq edib.

Əsgərin təşəbbüsü sayəsində bir çox uşaq həm sevinib, həm də paylaşmağın verdiyi mənəvi zənginliyi hiss edib.

Bu gözəl təşəbbüs, xüsusilə Novruz bayramı kimi birlik, bərəkət və yenilənmə rəmzi olan bir bayramda həyata keçirilməsi ilə daha da böyük məna qazanıb. O, kiçik yaşında göstərdi ki, yaxşılıq etmək üçün böyük imkanlara ehtiyac yoxdur — yetər ki, ürəkdən gələn bir istək və paylaşmaq arzusu olsun.

Chosen
109
ikisahil.az

1Sources