EN

İran İsrail və ABŞ məmurlarını hədələdi

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"ABŞ və İsraillə əlaqəli olan hərbçilər və məmurlar artıq heç bir yerdə özlərini təhlükəsiz hiss edə bilməzlər, onları qisas gözləyir".

Moderator.az xəbər verir ki, bu sözləri ISNA agentliyinə İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Əbülfəzl Şəkərçi bildirib.

Onun sözlərinə görə, İran qarşı tərəfin məmurlarını və hərbi komandirlərini izləyir. Ə.Şəkərçi əlavə edib ki, İslam Respublikasının rəsmi şəxsləri xalq arasında yaşayır və gizlənmirlər.

Silahlı Qüvvələrin nümayəndəsi İsrail və ABŞ-nin dünyanın müxtəlif yerlərində, o cümlədən turizm və əyləncə mərkəzlərində olan yüksəkvəzifəli şəxslərini qaçılmaz təhlükə barədə xəbərdar edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
69
4
moderator.az

5Sources