AZ

İran İsrail və ABŞ məmurlarını hədələdi

"ABŞ və İsraillə əlaqəli olan hərbçilər və məmurlar artıq heç bir yerdə özlərini təhlükəsiz hiss edə bilməzlər, onları qisas gözləyir".

 Bu sözləri ISNA agentliyinə İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Əbülfəzl Şəkərçi bildirib.

Onun sözlərinə görə, İran qarşı tərəfin məmurlarını və hərbi komandirlərini izləyir. Ə.Şəkərçi əlavə edib ki, İslam Respublikasının rəsmi şəxsləri xalq arasında yaşayır və gizlənmirlər.

Silahlı Qüvvələrin nümayəndəsi İsrail və ABŞ-nin dünyanın müxtəlif yerlərində, o cümlədən turizm və əyləncə mərkəzlərində olan yüksəkvəzifəli şəxslərini qaçılmaz təhlükə barədə xəbərdar edib.

Seçilən
91
4
sitat.info

5Mənbələr